...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Strasburqa yola düşəcək

Siyasət Materials 18 İyun 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun yay sessityasında iştirak etmək üçün iyunun 23-də Strasburqa yola düşəcək. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva məlumat verib.

AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı hər hansı məsələ müzakirə edilməyəcək. Sessiyanın ilk günündə Ermənistanda keçirilən parlament seçkiləri, mənədiyyətlər, dinlərarası dialoq, AŞPA məruzəçisi Dik Martinin ABŞ-ın Avropadakı gizli həbsxanaları ilə bağlı məruzəsi, ölüm hökmünü ləğv etməyən ölkələrdə monitorinq, Avropada antisemitizm, Cənub-Şərqi Avropada qaçqınlar məsələsi və digər məsələlər müzakirə olunacaq. Eyni zamanda sessiyada Avorpa Şurası Nazirlər Komitəsinin sədrinin, Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi və Cənub-Şərqi Avropa ilə bağlı məruzəsi dinləniləcək.

AŞPA-nın yay sessiyası iyunun 25-dən 29-dək Strasburqda keçiriləcək.

Azərbaycan AŞPA-da 12 deputatla təmsil olunur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə millət vəkilləri Qənirə Paşayeva, Gültəkin Hacıyeva, Əli Hüseynov, Rafael Hüseynov, Sabir Hacıyev (əsas heyət), Aynur Quliyeva, Aydın Mirzəzadə, Fəzail İbrahimli, Aydın Abbasov, İltizam Əkbərli və Əkrəm Abdullayev (əvəzedici heyət) daxildir.

Xəbər lenti

Xəbər lenti