Azərbaycan, Bakı / Trend , müx. S.İlhamqızı/ Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini nəzərə alaraq bu gün Azərbaycan prezidenti İlham Əliyev İnsan hüquqları gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunacaq.