...

ABŞ diplomatı: Vaşinqton Rusiya prezidentinin Qəbələ RLS-i birgə istifadə etmək təklifini Azərbaycanın müzakirə etməyə hazır olduğunu alqışlayır

Siyasət Materials 22 İyun 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ ABŞ Polşa və Çexiyada RMS quraşdırmaq niyyətinə cavab olaraq Rusiya prezidentinin Qəbələ RLS-i birgə istifadə etmək təklifini Azərbaycanın Vaşinqtonla müzakirə etməyə hazır olduğunu alqışlayır.

"Biz Azərbaycanın ətraflı müzakirələrə hazır olmasını alqışlayırıq",-deyə ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza "Amerikanın səsi" radiostansiyasının saytında dərc olunmuş müsahibəsində söyləyib.

2007-ci il iyunun 7-də "böyük səkkizlərin" sammiti çərçivəsində RF prezidebti Vladimr Putin ABŞ-a Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS-i birgə istifadə etməyi təklif edib. O, Polşa və Çexiya ərazisindən fərqli olaraq Azərbaycanda SMS quraşdırılması üzrə təklifinin daha üstün olduğunu qeyd edib. RF prezidenti bildirib ki, Qəbələ RLS mümkün düşmənin raketini müəyyən etmək, izləmək və uçuşun ilkin sürətində məhvetməyə imkan verir. Bununla yanaşı raketin qalıqları Avropa şəhərlərinin üzərinə deyil, dənizə düşəcək ki, bu da çox mühüm deyil. Brayza bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Stiivemn Hedlinin administrasiyanın Putinin təklifindən təəccüblənməsi ilə bağlı bəyanatından sitat gətirib. "Biz bunu Bakıda ilkin məsləhətləşmə olmadan heç vaxt müzakirıə etməzdik. Ümumilikdə biz bu təklifi Rusiyanın raketdən müdafiə sistemi sahəsində həqiqətən də əməkdaşlıq etmək istəyi üzrə müsbət siqnal kimi dəyərləndiririk. İnanmaq istəyirəm ki, biz hamımız İranın Avropaya və hətta Rusiyaya mümkün raket zərbələrinin təhlükəsini dərk edirik. Madam ki, hücüm təhlükəsi belə realdır, bunun əleyhinə əməkdaşlıq etmək mühimdir",-deyə Brayza bildirib.

O bildirib ki, prezident Putinin təklifi üzrə Azərbaycanda həmkarları ilə məsləhətləşib "və mən gördüm ki, onlar da Rusiya prezidentinin bu cür təklifindən təəccübləniblər". "Azərbaycan və Rusiyanın özü də diqqətlə müzakirə etməlidir ki, Putinin bu cürətli təklifi təcrübədə nə olardı",-deyə Brayza hesab edir.

Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS-i kirayələyib. RLS hələ sovet dövründə SSRİ-nin müdafiə sisteminin bir hissəsini təşkil edirdi. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra, Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq stansiyanın birgə istfadə olunmasını təklif edib.

Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti