...

Ümid Partiyası Azərbaycan qanunlarına dair üç təkliflər layihəsi hazırlayıb

Siyasət Materials 25 İyun 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ümid Partiyası Azərbaycan qanunlarına dair üç təkliflər layihəsi hazırlayıb. Bu barədə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə məlumat verib.

Onun sözlərinə görə, partiya tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan layihələr hazırlanıb. Həmçinin hakimiyyət üzərində ictimai nəzarətin təşkili ilə bağlı yeni bir sənəd hazırlanıb.

Ağazadənin bildirdiyinə görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan layihədə vətəndaşların, siyasi təşkilatların kütləvi tədbirlər keçirmək, azad toplaşmaq hüquqlarının təmin olunması, bu sahədə hazırda mövcud olan əngəlləri aradan qaldırmaq üçün təkliflər verilir. Seçki Məcəlləsinə dair layihədə Mərkəzi Seçki Komissiyası (MSK) və aşağı seçki komissiyalarının formalaşdırılması qaydalarına, formatına və digər məsələlərə dair variantlar təklif olunur.

Partiya hakimiyyətin fəaliyyətinə, şəffaflığına ictimaiyyətin, müxalifətin nəzarətinin yaradılması mexanizmini düşünüb. Bu barədə təkliflər layihəsində yazılıb.

Ağazadə qeyd edib ki, hər üç sənədin ictimai təqdimatı olacaq, bunun üçün cümə günü Dəyirmi masa keçirilməsi nəzərdə tutulur. Sənədlər həmçinin Azərbaycanın Prezident Aparatına, Milli Məclisə və beynəlxalq təşkilatlara təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti