...

Azərbaycan Yolu Siyasi Hərəkatı təşkilatdan istefalar barədə məlumatları təkzib edir

Siyasət Materials 25 İyun 2007 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) təşkilatdan istefaların olması barədə məlumatları təkzib edir. Təşkilatın bazar ertəsi yaydığı məlumatda bildirilir ki, AYSH Qarabağ üzrə Regional Mərkəzinin keçmiş sədri Tofiq Cəfərov hərəkatın Ağcabədi, Bərdə və Zərdab rayon şöbələrinin növbədənkənar konfrans keçirərək fəaliyyətlərini dayandırması haqqında məlumat yayıb.

"Bu məlumat tamamilə yalnışdır və belə bir növbədənkənar konfrans keçirilməyib. AYSH Koordinasiya Şurasının 22 may tarixli qərarı ilə hərəkatın Qarabağ bölgəsi üzrə Regional Mərkəzi və rayon şöbələrinin seçkili orqanları buraxılıb və konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb", -deyə məlumatda bildirilib.

AYSH hərəkatın rayon təşkilatlarına çatacaq maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı ilə bağlı fikirləri "cəfəngiyat" adlandırıb: "Ən azı ona görə ki, hərəkatın rayon təşkilatları ictimai əsaslarla fəaliyyət göstərirlər və bu səbəbdən də hər hansı maliyyə mənimsənilməsindən söhbət gedə bilməz".

AYSH-nin Qarabağ bölgəsi üzrə Regional Mərkəzinin keçmiş sədri Tofiq Cəfərov bildirib ki, hərəkatın Ağcabədi, Bərdə və Zərdab rayon təşkilatları konfrans keçirirək AYSH-nin tərkibindən çıxıblar. O qeyd edib ki, bunun səbəbi rayon təşkilatlarına çatacaq maliyyə vəsaitlərinin mənimsənilməsidir.

AYSH 2004-cü ildə yaradılıb və hərəkata Rusiyanın ədliyyə generalı rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti