...

İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşü keçirilir (video)

Siyasət Materials 25 İyun 2007 18:10 (UTC +04:00)
İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşü keçirilir (video)

İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşü keçirilir.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, hazırda Rusiya və Türkiyə prezidentləri Vladimr Putin və Əhməd Necdət Sezərin görüşü keçirilir. Sonra Rusiya Federasiyasının rəhbəri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Dövlət başçıları energetika əməkdaşığı məsələlərini müzakirə edirlər.

Bu gün səhər Türkiyənin baş naziri adından sammit iştirakçılarına ziyafət verilib. Ərdoğan qeyd edib ki, siyasi münaqişələr regionda daha effektiv iqtisadi əməkdaşlığa ciddi əngəl törədir. O əlavə edib ki, regiondakı problemlərin tənzimlənməsi üçün ölkələr birgə səy göstərməlidirlər.

Xəbər lenti

Xəbər lenti