...

İlham Əliyev: Azərbaycan həmişə regional enerji layihələrinin reallaşdırılmasının nümunəsi olub

Siyasət Materials 26 İyun 2007 16:11 (UTC +04:00)
İlham Əliyev: Azərbaycan həmişə regional enerji layihələrinin reallaşdırılmasının nümunəsi olub

Azərbaycan, Bakı / müx. Trend K.Ramazanova/ Azərbaycan həmişə regional enerji layihələrinin reallaşdırılmasının nümunəsi olub. Belə bir bəyanatla çərşənbə axşamı Türkiyədə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Məlumatı telefon vasitəsi ilə Azərbaycanın İstanbuldakı baş konsulu Sayad Salaxlı verib.

"Enerji təhlükəsizliyinin yeni sərhədləri" onuncu illik konfransında çıxış edən Əliyev qeyd edib ki, Azərbaycan növbəti layihələrin reallaşdırılmasına nümunəvi yanaşmasını və liderliyini qoruyub saxlayacaq.

Konfransda çıxış edən Türkiyə, Gürcüstan və Ukrayna prezidentləri enerji layihələrinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Onların ümumi rəyinə görə, Qara dəniz ölkələrinin iqtisadi əməkdaşlığı strateji əhəmiyyətə malikdir.

Türkiyənin energetika naziri Hilmi Gülər qeyd edib ki, gələn ay Azərbaycan qazı Ərzurum vasitəsi ilə İtaliyaya çatdırılacaq. Onun sözlərinə görə, Avropanın enerji təminatı layihəsinə cəlb olunan ölkələr və Azərbaycan öz xeyrlərini görəcəklər.

Artıq bu saata öz işini bitirən konfransda 34 ölkədən 400-dək hökumət nümayəndəsi iştirak edib. Məqsəd strateji neft və qaz problemlərini, enerji sahəsində qarşılıqlı tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli əməkdaşlıq və enerji daşıyıcıların nəqli kimi məsələlərin müzakirəsi idi.

.

Xəbər lenti

Xəbər lenti