...

ATƏT Azərbaycanda polisin fəaliyyətinə həsr olunmuş tədbir keçirəcək

Siyasət Materials 28 İyun 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ İyunun 30-da Mingəçevir mərkəzi stadionunda Azərbaycanda polis xidmətinin fəaliyyətinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.

Tədbirin əsas mövzusu polis texnologiyası, ictimai nəzarət və cinayətkarlığın qarşısının alınması olacaq.

Tədbiri ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose-Luis Herero və daxili işlər nazirinin müavini Oruc Zalov açacaqlar. Tədbirə açıq səma altında konsertlə yekun vurulacaq.

ATƏT-in Bakı ofisi və Daxili İşlər Nazirliyinin birgə təşkil etdiyi tədbir ATƏT ofisinin polis departamentinə dəstək proqramının bir hissəsidir.

Proqramın vəzifəsi ölkənin polis qurumunun peşəkarlığını sübut etməkdir.

Xəbər lenti

Xəbər lenti