...

AŞ PA həmməruzəçisi: AŞ PA-da Azərbaycanda KİV-in vəziyyəti ilə bağlı müzakirələr payıza təxirə salınıb

Siyasət Materials 28 İyun 2007 19:26 (UTC +04:00)
AŞ PA həmməruzəçisi: AŞ PA-da Azərbaycanda KİV-in vəziyyəti ilə bağlı müzakirələr payıza təxirə salınıb

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycanda KİV-in vəziyyəti ilə bağlı məsələyə Avropa Şurası Parlament Assambleyasının növbəti payız sessiyasınada baxıla bilər. Bu barədə cümə axşamı telefonla Strasburqdan AŞ PA Monitorinq Komitəsinin Azərbayacan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib.

Azərbaycanda KİV-in vəziyyəti ilə bağlı məsələyə bu gün Strasburqda MK-nin toplantısında baxılmalı idi. Herkelin sözlərinə görə, toplantıda Rusiya ilə bağlı bəyannamənin qəbulu ilə bağlı müzakirələrə görə vaxt qalmayıb və bu məsələnin payıza saxlanılması qərara alınıb. "Bu məsələni 2 dəqiqəyə müzakirə etməkdənsə, payıza saxlamaq yaxşı olar",-deyə həmməruzəçi əlavə edib.

Parlament Assambleyasının hazırkı iclasında həmməruzəçilərlə vətəndaş cəmiyyəti və Azərbaycanın hüquq-müdafiə təşkilatları nümayəndələrinin məsləhətləşmələri olub. Herkelin sözlərinə görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətində müxalifət deputatlarının olmaması həmməruzəçiləri qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşməyə məcbur edir. "Onlar bizə mühüm məlumatların, həmçinin hazırda cəza çəkən keçmiş yüksəkrütbəli hərbiçi Rasim Əkbərov, eks-iqtisadi inkişaf naziri Fərhad Əliyev, eks-səhiyyə naziri Fərhad Əliyevin səhhətinin pisləşməsi barədə məlumatların olduğu məktublar təqdim ediblər", - deyə Herkel qeyd edib.

Qeyri-hökumət təşkilatlarının payızda Azərbaycandakı vəziyyətlə bağlı xüsusi dinləmələrin keçirilməsi ilə bağlı təklifinə münasibət bildirən həmməruzəçi bu cür məsələnin yalnız Azərbaycanın rəsmi parlament missiyası tərəfindən qaldırıla biləcəyini söyləyib.

İyulda AŞ PA sədri Rene Van der Lindenin Cənubi Qafqaza səfəri ilə bağlı isə Herkel bildirib ki, həmməruzəçilər onu səfərdə müşayiət etməyəcəklər. Həmməruzəçilərin də regiona növbəti səfərlərinin tarixi müəyyənləşdirilməyib. Baxmayaraq ki, biz sonuncu dəfə Azərbaycana ilin əvvəlində səfər etmişik, ölkədəki vəziyyət barədə məlumatlıyıq.

Xəbər lenti

Xəbər lenti