...

Rusiya hökuməti başçısının köməkçisi: "Putin və Buş RƏMS problemi ilə bağlı güzəştə nail olmağa çalışacaqlar"

Siyasət Materials 29 İyun 2007 14:08 (UTC +04:00)

Vladimr Putin və Corc Buş RƏMS problemi ilə bağlı güzəştə nail olmağa çalışacaqlar və bu sahədə ilk addımlar Rusiya prezidentinin "Böyük Səkkizliy"in görüşü zamanı Vaşinqtona Qəbələ RLS-dən birgə isifadə barədə təklif irəli sürməsi zamanı atılıb. Rusiya və ABŞ prezidentlərin Men ştatında Buşların "Uoreks Poynt" yay ailə mülkündə iyulun 1-2-də keçiriləcək danışıqları ərəfəsində Rusiya dövlət başçısının köməkçisi Sergey Prixodko keçiridiyi brifinqdə jurnalistlərə bildirib ki, şübhə yoxdur ki, RƏMS problemi ilə bağlı danışıqlar davam etdiriləcək.

Vaşinqton İran tərəfdən təhlükəni əsas gətirərək Çexiyada RƏMS radarı və Polşada raket əleyhinə sistem yerləşdirməyi planlaşdırır.

Moskva ABŞ-ın arqumentlərini inandırıcı hesab etmir və Rusiya sərhədinin yaxınlığında RƏMS yerləşdirilməsini öz milli təhlükəsizliyinə hədə hesab edir.

"Obyektiv olaraq bütün tərəflərin marağına səbəb olan bu mühüm mövzu barədə danışıqlar aparmağa mane ola biləcək əsaslı səbəb yoxdur. Əlbətttə ki, əgər birgə fəaliyyət göstərsək və birtərəfli addımlardan çəkinsək" - deyə Prixodko bildirib.

Problemin birgə həllinə misal kimi o, Rusiya prezidentinin Hayliqendammda Qəbələ RLS-dən birgə istifadə bərədə etdiyi təklifi göstərib və Rusiya tərəfinin fikrincə, bu, ABŞ-a Şərqi Avropada RƏMS elementlərini yerləşdirməkdən imtina etməyə imkan verir. RİA Novosti -nin məlumatnda belə deyilir.

"Buşun bu məsələyə belə müsbət reaksiya verməsi bizə ümid verir ki, hər iki ölkəyə raket təhlükəsinə birgə cavab verməyə imkan verəcək həll yolu tapılacaq" - deyən Kremlin nümayəndəsi belə hesab edir.

"Lakin güman olunan hədələrlə mübarizəyə başlamazdan əvvəl bir araya gəlmək, belə təhlükələrin nə vaxt və harada meydana gələcəyini müəyyənləşdirmək lazımdır" - deyə Prixodko bildirib. Kremldə hesab edirlər ki, RƏMS probleminin həlli yalnız siyasi iradədən asılıdır.

"Əgər onların bu sahədə əməkdaşlıq etməyə siyasi iradələri varsa, yerdə qalan məsələlər bunun tərkib hissəsidir. Bu, hərbi deyil, siyasi məsələdir. Ya onlar (ABŞ) gələcəyə baxacaq, ya da keçmişdə qalacaqlar. Hətta keçmişdə qalmayacaqlar, yenidən keçmişə qayıdacaqlar" - deyə Prixodko bildirib.

Xəbər lenti

Xəbər lenti