...

RLS-dəki xidməti heyətin sayı 1500 nəfərdən artıq ola bilməz

Siyasət Materials 30 İyun 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Qəbələ rayonunda yerləşən Daryal RLS-in rəhbərliyi sosial-məişət problemlərinin həllində göstərilən köməyə görə region rəhbərliyinə minnətdardır. Şənbə günü Qəbələ RLS-də beynəlxalq KİV missiyasını salamlayan RF Kosmik Qüvvələr Komandanlığının nümayəndəsi general-mayor Aleksandr Yakuşin bildirib ki: "Bu məsələdə bizim heç bir problemimiz yoxdur".

O söyləyib ki, 2002-ci ildə Moskvada Qəbələ RLS-in statusu və istifadə olunma prinsipləri barədə Rusiya və Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, RF Müdafiə Nazirliyi bu məqsədlə 260 hektar sahəni icarəyə götürüb. Razılaşmaya müvafiq olaraq RLS-dəki xidməti heyətin sayı 1500 nəfərdən yuxarı ola bilməz. Hazırda heyətin sayı təqribən 1000 nəfərə (Rusiya vətəndaşı) çatır.

Yakuşin həmçinin bildirib ki, Qəbələ RLS üç zonaya bölünür. Birinci zonada heyət, 11 ev, mehmanxana, yataqxana, uşaq bağçası, məktəb yerləşir. İkinci zona - inzibati-təsərrüfat zonasında qərargah, kazarmalar və yeməkxana yerləşir. Üçüncü zona stansiyanın özünün yerləşdiyi texnoloji zonadır.

Xəbər lenti

Xəbər lenti