...

Prezident: "Azərbaycan polisi xalqa qarşı qeyri-qanuni addımlara yol verməməlidir"

Siyasət Materials 2 İyul 2007 13:50 (UTC +04:00)
Prezident: "Azərbaycan polisi xalqa qarşı qeyri-qanuni addımlara yol verməməlidir"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Azərbaycanda cinayətkarlıqla mübarizə gücləndirilməlidir. Bununla yanaşı, respublikadakı kriminogen durum MDB ölkələri ilə müqayisədə ən qənaətbəxşdir. Bunu bazar ertəsi DİN yanında Bakı Polis Akademiyasında Azərbaycan polisi Gününə həsr olunmuş növbəti buraxılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, ictimai-siyasi sabitlik ölkənin iqtisadi inkişafının vacib şərtlərindən biridir. Bu baxımdan prezident polisin ölkədə qayda-qanunun qorunmasındakı xidmətlərini önə çəkib. "Azərbaycanda vəziyyət nəzarət altındadır" - deyə o vurğulayıb.

Prezident qeyd edib ki, polis həmişə xalqa hörmətlə yanaşıb və səlahiyyətlərindən sui-istifadə etmir. "Digər hakimiyyət orqanları kimi polis xalqa xidmət edir və bu üzdən də ona qarşı qeyri-qanuni addımlara yol verməməlidir" - deyə Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti