...

Müasir Müsavat Partiyası etiraz aksiyası keçirməyə hazırlaşır

Siyasət Materials 3 İyul 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müasir Müsavat Partiyası hüquq-müdafiə təşkilatı olan Sülh və Demokratiya İnstitutuna etiraz olaraq onun ofisi qarşısında piket keçirməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus məlumat verib.

Partiya iyulun 5-də saat 15.00-da təşkilatın ofisi qarşısında etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin Bakı Şəhər İcra Hakimiyyəti piketin keçirilməsinə razılıq verməyib.

Leyla Yunus Nəsimi Rayon Polis İdarəsinə müraciət edib. O, müraciətində izacəsiz piket zamanı Sülh və Demokratiya İnstitutunun, onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini xahiş edib.

Leyla Yunus hesab edir ki, ona qarşı etiraz aksiyası təşkil olunmasının səbəbi Avropa İttifaqına Azərbaycanla bağlı ünvanladığı müraciətlə bağlıdır. Beynəlxalq təşkilata müraciətdə hüquq müdafiəçisi jurnalistlərə edilən təzyiqlərə, təqiblərə görə Azərbaycana sanksiya tətbiq olunmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti