...

BAXCP sədrliyinə bir neçə namizəd mübarizə aparacaq

Siyasət Materials 10 İyul 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) növbəti qurultayında partiya sədrliyinə bir neçə nəfər namizəd olacaq. Bu barədə BAXCP sədrinin müavini Elçin Mirzəbəyli məlumat verib.

Onun bildirdiyinə görə, partiyanın qurultayı gələn ilin aprelində keçiriləcək. Qurultayda partiya sədrliyinə seçkilər olacaq. Mirzəbəylinin sözlərinə görə, seçki mütləq alternativlilik şəraitində keçəcək. Namizədlərdən biri indiki sədr Qüdrət Həsənquliyevdir.

Qurultay həmçinin BAXCP-nin prezident seçkilərində iştirakına dair qərar çıxaracaq. Mirzəbəylinin sözlərinə görə, Həsənquliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar verilməsi gözlənilir.

Bu partiya 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınıb. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. BAXCP 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Həsənquliyev Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti