...

Qusarda 9 mərmi tapılıb

Siyasət Materials 14 İyul 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ş.Əlizadə/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi və Qusar rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində silah-sursat aşkarlayıb. DİN-in mətbuat xidmətindən bildiriblər ki, əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda 9 mərmi, 35 alışdırıcı və bir trotil şaşka tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Qusar paytaxt Bakıdan 250 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti