...

"Mədəniyyət haqqında" qanuna dəyişikliklər ediləcək

Siyasət Materials 24 İyul 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin payız sessiyasında "Mədəniyyət haqqında" qanuna ciddi əlavələr və dəyişikliklər ediləcək. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov məlumat verib. Onun sözlərinə görə, bu dəyişikliklər Azərbaycan mədəniyyətinin inkişaf konsepsiyasının qəbulundan sonra gerçəkləşəcək. Komissiya sədri qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan mədəniyyətinin inkişafı konsepsiyası üzərində işlər başa çatmaq üzrədir. Hazırda adıçəkilən sənəd geniş müzakirə olunur. Komissiya bu konsepsiyada irəli sürülən müddəaları əsas götürərək "Mədəniyyət haqqında" qanuna əlavələr və dəyişikliklər edəcək.

Xəbər lenti

Xəbər lenti