...

İlham Əliyev: "Azərbaycan və Qazaxıstan bir sıra strateji əhəmiyyətli məsələləri həll edirlər"

Siyasət Materials 6 Avqust 2007 12:54 (UTC +04:00)
İlham Əliyev: "Azərbaycan və Qazaxıstan bir sıra strateji əhəmiyyətli məsələləri həll edirlər"

Azərbaycan, Bakı / müx. Trend E.Hüseynov/ Azərbaycan prezidenti İlham Əliyev "Kazinform"a müsahibəsində bəyan edib ki, Azərbaycan və Qazaxıstan hazırda birlikdə energetika, nəqliyyat, həmçinin humanitar əlaqələr və iqtisadi əməkdaşlıq sahəsində bir sıra strateji cəhətdən əhəmiyyətli məsələləri həll edirlər.

Azərbaycan prezidenti avqustun 7-8- də Qazaxıstana rəsmi səfər etmək niyyətindədir. Bu, Əliyevin prezident vəzifəsini icra etdiyi dövrdən Astanaya ikinci səfəridir.

"Bu mənim Qazaxıstana ikinci rəsmi səfərimdir" - deyə Əliyev bazar ertəsi Qazaxıstanın dövlət agentliyinin səhifəsində yerləşdirilən müsahibədə bildirib. "Bundan əlavə, mən sizin respublikada rəsmi səfərdə olmuşam, mənim Qazaxıstan respublikasına səfərimin digər səbəbi beynəlxalq təşkilatların yığıncaqlarında iştirak idi. Mənim qısa müddət ərzində Astanaya rəsmi səfərim Azərbaycan-Qazaxıstan əlaqələrinin nə qədər əhəmiyyətli olduğunu göstərir, bu əlaqələri möhkəm, etibarlı və qardaşlıq əlaqələri kimi təsvir etmək olar" - deyə prezident qeyd edib.

Prezidentin sözlərinə görə, hər iki ölkə qarşısında Xəzər dənizinin enerji resurslarının nəqli ilə bağlı çoxsaylı planlar dayanır. Bu yaxınlarda Bakıda iri taxıl terminalı açılıb və hazırda Aktauda tərəvəz anbarının istismara verilməsi ilə bağlı iş aparılır.

"Bir sözlə, sadaladığım layihələrin hamısı qarşılıqlı əməkdaşlığın nəticəsidir. Qeyd etmək lazımdır ki, bu, aktiv siyasi inteqrasiya şəraitində mümkündür. Bizim Qazaxıstanla gözəl ikitərəfli əlaqələrimiz var və bu əlaqələr iri iqtisadi layihələrin reallaşmasını müəyyənləşdirir" - deyə prezident bildirib.

Bu günə qədər iki ölkə arasında imzalanmış sənədlər, Əliyevin sözlərinə görə, əməkdaşlıq üçün geniş perspektivlər açır. Hazırda Astanada imzalanacaq bir sıra dövlətlərarası müqavilələrin işlənib hazırlanma prosesi gedir.

"Mən fikirləşirəm ki, bu müqavilələr bizim ölkələrin dünya ictimaiyyətinə gələcək inteqrasiyasına müsbət təsir göstərəcək. Yekun olaraq demək istərdim ki, hazırda Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə daxil olur. Bizim ərazi Qazaxıstanın enerji resurslarının Avropaya nəqli üçün həmişə açıqdır" - deyə Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti