...

Gəncədə yol nəqliyyat qəzaları nəticəsində 2 nəfər dünyasını dəyişib

Siyasət Materials 7 Avqust 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov / Ötən ay Gəncədə baş verən yol nəqliyyat qəzaları nəticəsində 2 nəfər dünyasını dəyişib. Bu barədə Gənəcə Dövlət Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov məlumat verib. Onun sözlərinə görə, baş verən 19 yol nəqliyyat hadisəsi nəticəsində həmçinin 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Baş verən hadisələrdən 7-si piyadanın vurulması, qalanları isə avtomobillərin toqquşması ilə nəticələnib.

Zeynalov onu da bildirib ki, ötən ay ərzində Gənəcə Dövlət Yol Polisi İdarəsi tərəfindən 1700 inzibati protokol tərtib edilib, 110 sürücü avtomobili sərxoş idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti