...

Dövlət naziri David Bakradze: "Gürcüstana raket zərbəsi Rusiyanın "aqressiv aktı"dır"

Siyasət Materials 7 Avqust 2007 16:43 (UTC +04:00)
Dövlət naziri David Bakradze: "Gürcüstana raket zərbəsi Rusiyanın "aqressiv aktı"dır"

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın münaqişələrin həlli üzrə dövlət naziri David Bakradze Rusiya təyyarələnin Gürcüstanın hava sərhədlərini pozmasını, baş verən raket zərbələrini qonşu dövlətin "aqressiv aktı" adlandırıb. "Bü gün lazımi texniki məlumatlar alınandan sonra rəsmi bəyanat veriləcək" - deyə çərşənbə axşamı Bakradze jurnalistlərə bildirib.

Gürcüstan DİN-i məlumat yayıb ki , bazar ertəsi saat 19.30-da "SU-24" tipli iki rus təyyarəsi Gürcüstanın Kazbeqi rayonunda Gürcüstanın hava sərhədlərini pozub və Qori istiqamətində irəliləyib.

DİN təsdiq edir ki, rus təyyarələri Sitelubani kəndi ərazisində "hava-torpaq" raketlərini buraxıblar.

Gürcü tərəfi bombalanma faktının araşdırılmasına başlayıb. DİN-dən bildirilib ki, bu prosesə ATƏT-in mütəxəsssisləri də qatılıb.

"Dünənki müdaxiləni başqa cür adlandırmaq mümkün deyil, bizim ölkəyə qarşı aqressiv silahlı akt həyata keçirilir" - deyə o bildirib.

Bu arada müxalifət partiyaları hökumətdən bu vəziyyətdə daha sərt tədbirlər görülməsini tələb edir.

"Gürcüstanın hava məkanına qanunsuz olaraq soxulan bütün təyyarələri vurmaq lazımdır, yoxsa bir gün Tbilisi də bombalanacaq" - deyə Gürcüstan parlamentində sənaye sahiblərindən bir olan Giorgi Saqareişvili bəyan edib.

Mühafizəkarların lideri Zviad Dzidziguri hesab edir ki, beynəlxalq təşkilatlar belə yolverilməz faktlara fəal reaksiya verməlidirlər. "Kodor dərəsinin mart ayında baş verən bombalanmasına əhəmiyyət verilmədi və bu dəfə rus quldurlarını cəzasız buraxmaq lazım deyil" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti