...

Azərbaycanda butan-butilen istehsalı artıb

Siyasət Materials 8 Avqust 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar-iyul aylarında "H. Əliyev adına" Bakı neft emalı zavodunda 82,91 min ton butan-butilen fraksiyası istehsal olunub. Bu barədə Azərnbayacan Dövlət Neft Şirkətindən məlumat verilib. Bu proqnozdan 16,4 faiz, yaxud 11,71 min ton çoxdur. Ötən ilin yanvar-iyul aylarında 71,68 butan-butilen fraksiyası istehsal olunub ki, bu da cari ildəki istehsaldan 11,23 min ton azdır. 2006-cı ildə 148,22 min ton butan-butilen fraksiyası təşkil edib. 2005-ci ildə bu göstərici 129,62 min tona bərabər olub.

Yanvar-iyul aylarında ötən il olduğu kimi bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen sitehsalı 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti