Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Tərkibində üç nazir olacaq Şri-Lanka hökumət nümayəndə heyəti cümə axşamı Azərbaycana gələcək.
Səfər çərçivəsində ixracın inkişafı və beynəlxalq ticarət naziri L.Peiris, neft və neft ehtiyatları naziri Fovzie və müəssisələrin və investisyaların inkişafı naziri M.Vidjeneradninin daxil olduğu hökumət nümayəndə heyəti Azərbaycan tərəfi ilə mühüm görüşlər keçirəcək. Nümayəndə heyəti xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, Azərbayacan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, AZPROMO rəhbəri Emil Məcidovla görüşməyi planlaşdırır. Nümayəndə heyətinin ölkə prezidenti tərəfindən qəbulu da müzakirə olunur.
"Azərbaycan Şri-Lankaya öz neft hasilatı və kəşfiyyatı sənayesini sahmana salmağa yardım edə bilər ki, Şri-Lanka nümayəndə heyətinin Bakıya qarşıdakı səfərində də onlar tərəfindən buna maraq göstəriləcək", - deyə daha öncə Azərbayacanın Şri-Lankadakı səfiri Tamerlan Qarayev Trend ə bildirmişdi.