...

Müxalifətyönlü partiyanın məhkəmə şikayəti yeni hakimin icraatına verilib

Siyasət Materials 16 Avqust 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azadlıq Partiyası sədrinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məhkəməyə verdiyi şikayət Xətai rayon məhkəməsində yeni hakimin icraatındadır. Bu barədə Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Onun sözlərinə görə, ötən ay Azərbaycanda aparılan yeni hakim təyinatlarından sonra iş Xətai rayon məhkəməsinin yeni hakimi Bəhram Şükürovun icraatına verilib. Yaxın günlərdə şikayətə baxılması gözlənilir.

Azadlıq Partiyası qərargahla təmin olunmamasına etiraz olaraq Dövlət Komitəsini məhkəməyə verib. Məhkəmədən partiyaya qərargah ayrılması vəzifəsinin Dövlət Komitəsinin üzərinə qoyulması tələb edilir.

Müxalifətyönlü Azadlıq Partiyası "Demokratiya Uğrunda İttifaq" adlı blokda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti