...

Politoloqlar hesab edir ki, Qəbələ RLS-i üzrə kompromisə nail olmaq mümkün olmayacaq

Siyasət Materials 24 Avqust 2007 17:58 (UTC +04:00)
Politoloqlar hesab edir ki, Qəbələ RLS-i üzrə kompromisə nail olmaq mümkün olmayacaq

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ "ABŞ bir neçə dəfə bəyan edib ki, Avropada raket əleyhinə müdafiə sisteminin quraşdırılmasından imtina etməyəcək", - deyə cümə günü Moskvadan Trend ə telefonla bildiriən rusiyalı hərbi ekspert Pavel Felqenxauer hesab edir ki: "Elə bu səbəbdən də Rusiya və ABŞ Qəbələ üzrə kompromisə nail ola bilməzlər".

Dünən Rusiya XİN-i rəsmən bəyan edib ki, RF-nin Qəbələ RLS-nin istifadəsi ilə bağlı təklifinin reallaşmasının şərti ABŞ-ın Avropada RƏM sisteminin quraşdırılmasından və kosmosda raket əleyhinə vasitələrin yerləşdirilməsindən imtina etməsidir.

"Qəbələ RLS-i Pentaqona lazım deyil"- deyə ekspet hesab edir. Ekspert bilidirib ki, bu RLS İranı müşahidə etmıək üçün uyğun gəlmir, belə ki, stansiya İranın ərazisini tam əhatə etmir və onu döndərmək mümkün deyil.

Onun sözlərinə görə, Qəbələ stansiyası daha çox Amerikanın Hind okeanındakı Dieqo-Qarsia bazasına yönəlib. Ona görə də, Armavirdəki sitansiyanı istifadə etmək daha məqsədəuyğun olardı.

Ekspert söyləyib ki, amerikalılar Rusiyanın Aropada RƏM sisteminin quraşdırılmasına qarşı çıxmayacağı təqdirdə Qəbələ RLS-i birgə istifadə etməyə hazır olduqlarını bildiriblər.

Rusiyalı ekspertin fikri ilə Xəzər regionu dövlətlərinin siyasi tədqiqatları fondunun direktoru, azərbaycanlı politoloq Vəfa Quluzadə də razıdır. Onun sözlərinə görə, ABŞ heçvaxt Avropada RƏM sisteminin quraşdırılmasından imtina etməyəcək.

"Qəbələ RLS-i üzrə ABŞ və Rusiya arasında heçbir əməkdaşlıq olmayacaq",- deyə Quluzadə telefonla bildirib. O öz mövqeyni bununla izah edib ki, Qəbələ RLS-i çox köhnədir və amerikalıların tələblərinə cavab vermir.

2007-ci ilin iyun ayında "Böyük səkkizliy"in sammiti çərçivəsidə Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib. Prezident Azərbaycanda RƏM sisteminin yerləşdirilməsi ilə bağlı təklifin sistemin Polşa və Çexiya ərazisindnə yerləşdirilməsi ilə müqayisədə üstün olduğunu qeyd edib. RF prezidenti bildirib ki, Qəbələ RLS-i mümkün düşmənin raketini müəyyən etmək, izləmək və uçuşun ilkin sürətində məhv etməyə imkan verir. "Bu zaman raketin qalıqları Avropa şəhərlərinin ərazisinə deyil, dənizə düşəcək ki, bu da çox əhəmiyyətlidir" - deyə prezident bildirib. Rusiya XİN-i qeyd edib ki, prezidentin təklifi İranın nüvə silahına malik olmasını göstərmir.

"ABŞ Qəbələ RLS-dən birgə istifadəni Rusiyaya güzəşt kimi nəzərdən keçirir, Rusiya isə hesab edir ki, ABŞ bunun müqabilində güzəşt etməlidir", - deyə Felqenxauer söyləyib.

O qeyd edib ki, bu məsələdə kompromisə nail olmaq mümkün deyil, tərəflərin mövqeləri tamamilə fərqlidir.

Qəbələ RLS dünyada olan ən nəhəng stansiyadır. O, sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib. İllik icarə haqqı 14 mln. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti