...

Rusiya Qəbələ RLS-in icarəsini uzatmağa hazırlaşmır və onu ABŞ-a güzəştə gedir

Siyasət Materials 28 Avqust 2007 18:33 (UTC +04:00)
Rusiya Qəbələ RLS-in icarəsini uzatmağa hazırlaşmır və onu ABŞ-a güzəştə gedir

Ekspertlər bildirir ki, bu həftənin sonuna qədər amerikalılar Rusiyanın Azərbaycandan icarəyə götürdüyü Qəbələ RLS-nə daxil olacaqlar. Rusiya hərbiçiləri isə bir neçə on illikdir ki, Hind okeanın ortasına qədər səmanı izlədikdən sonra yaxın gələcəkdə stansiyanı tərk edəcəklər. Hadisələrin bu cür inkişafını RF Kosmik qüvvələrinə rəhbərlik edən general-polkovnik Vladimir Popovkin istisna etməyib və onun bəyanatı artıq Bakıda nəzərə alınır. Bu barədə avqustun 28-də "Nezavisimaya qazeta" yazır.

Vaşinqton Avropada RƏM yerləşdirilməsindən imtina etmir, lakin bununla yanaşı Qəbələ RLS-ni Rusiya ilə birgə istifadə etməyin əleyhinə deyil. Bu məqsədlə bu həftənin sonuna qədər Bakıda ABŞ, RF və Azərbaycandan olan ekspertlər toplaşacaq. Baş tutacaq görüş barədə ictimaiyyətə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Xəbəri həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyi də təsdiq edib. Bu yolla amerikalıların Rusiyanın kosmik "soyunma yeri"ndə olmaq imkanı əldə etməsi və hətta işləməsi istisna deyil. Burdan Yaxın Şərq, həmçinin ABŞ-ı maraqlandıran İran ovucun içi kimi görünür, deyə Newsru yazır.

Belə ki, artıq yaxın günlərdə prezident Putinin Qəbələ RLS-in birgə istifadə olunması ilə bağlı təklifi konkret bir şəkil alacaq. Nazirin sözlərinə görə, Bakıda keçirilən görüşə üç ölkənin Emlər Akademiyaları, Xarici Işlər, Müdafiə nazirliklərinin nümayəndələri iştkirak edəcək. Onların görüşü çərçivəsində istifadə olunandan bəri ilk dəfə stansiyanın qapıları ABŞ-dan olan ekspertlərin üzünə açılacaq. Azərbaycan paytaxtından sonra, Moskvada da daha bir görüş gözlənilir. Məmmədyarovun sözlərinə görə, sentyabrın əvvəlində orda amerikan-rus məsləhətləşmələri keçiriləcək.

"Hazırda Bakıda keçiriləcək tədbirdə iştirak edəcəık ekspertlər qrupunun tərkibi müəyyənləşdirirlir",- deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Conatan Henik bildirib. O, qeuuyd edlib ki, ABŞ-ın Avropa layihəsi ilə bağlı planları dəyişməyib. Prezident Putinin təklifi ilə bağlı isə Hhenik bildirib ki, bununla Rusiya faktiki olaraq İran tərəfindən təhlükəni etiraf edir. Diplomatın sözlərinə görə, " ABŞ və Rusiya danışıqlar zamanı Qəbələ RLS-in istifadə olunması ilə bağlı yeni variant və imkanları, bir sıra təklifləri müzakirə edəcəklər".

Bununla belə Bakıda RF Kosmik qüvvələrinə rəhbərlik edən general-polkovnik Vladimir Popovkinin bəyanatını da diqqətdən kənar qoymayıblar. Ötən həftənin sonu o, komondanlığın perspektivdə stansiyadan getməyi planlaşdırdığını bildirib. Buna cavab olaraq Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbarahim bildirmişdi ki, "Rusiyanın Qəbələ RLS-dən imtina etməsi ilə bağlı bizə müraciət daxil olmayıb", "ayrı-ayrı bəyanatlar isə Rusiyanın rəsmi mövqeyinin ifadəsdi deyil".

Lakin yerli qəzetlərin səhifələrində isə Azərbaycanlı ekspertlər tamamilə başqa nəticələr çıxarıblar.

Onların fikrincə bucür bəyanat Moskvanın Qəbələ RLS-in icarəsini uzatmamaq və onu güzəştə getməsi deməkdir.

Almaniya xarici siyasət şurasının MDB və Rusiya proqramının rəhbəri Alelksandr Rra bəyan edib ki. amerikalıları Qəbələ RLS-ə buraxmaqla "Putin özünün Qərblə bağlı siyasətini xilas etmək, Qərbi Rusiya ilə birgə sivilizasiya olmasa da, heç olmazsa ümumi bir təhlükəsizlik sistemi yaratmağa razı salmaq üçün çalışır. Ekspert hesab edir ki, əvvəlcə o həmişə hökumətini Avropa Birliyinə meylləndirirdi, yalnız son il ABŞ-la ciddi mübahisəyə başlayıb. Indi isə Rusiya radiolokasiya sitansiyasını verməklə qərbə və Amerikaya onu göstərmək istəyir ki, əməkdaşlığı dərinləşdirməyə, hətta ilk dəfə iranı Rusiyanın nəzəri cəhətdən düşməni adlandırmaqla, İranla strateji maraqlarını qurban verməyə hazır olduğunu göstərmək istəyir.

Almaniyalı diplomat bildirib ki, eyni zamanda Azərbaycan və Gürcüstanın əmin addımlarla NATO-ya doğru getməsi faktına da diqqət yetirməmək nmümkün deyil. Onun sözlərinə görə, Riusiyalı strateqlərə onsuz da məlum idi ki, yaxın beş ildə Qəbələ RLS itiriləcək. Burdan belə bir ideya yaranır ki: hadisələri qabaqlamaq, Azərbayacanın NATO-ya qəbul olunması məğlubiyyətini pərdələmək üçün ABŞ-a Qəbələni birgə istifadə etməklə bağlı təklif vermək, kiçik bir qələbə qazanmaq.

Rarın sözlərinə görə, RF Kosmik qüvvələrinə rəhbərlik edən general-polkovnik Vladimir Popovkinin bəyanatı Rusiyanın ciddi çaşqınlıq içində olmasını göstərir. Ekspert bildirir ki, Putinin idarəçiliiiyinin sonuna qədər Qərblə münasibətlər üzrə mühüm qərar qəbul olunacaq.

Qərb özü Rusiya ilə əməkldaşlıqdan imtina etdikdən sonra, Rusiya tamamilə fərqli - dünya derjavası kimi qayıtmaq üüçün əvvəlcə özünü təcrid etməlidir.

Ekspert hesab edir ki, əgər söhbət hadisələrin bu cür inkişafından gedirsə, onda onun müdafiə qurumları qeyri stabil MDB ölkələrindən yığışdırılacaq.

Xəbər lenti

Xəbər lenti