...

Azərbaycan alimi hesab edir ki, Qafqaz Albaniyasına həsr olunan konfrans Ermənistanda yox Azərbaycanda keçirilməlidir.

Siyasət Materials 31 Avqust 2007 13:56 (UTC +04:00)
Azərbaycan alimi hesab edir ki, Qafqaz Albaniyasına həsr olunan konfrans Ermənistanda yox Azərbaycanda keçirilməlidir.

Azərbaycan, Bakı / " müxbir S.Ağayeva/ Qədim Azərbaycan və azərbaycanlılara məxsus olan Qafqaz Albaniyasının tarixi və digər problemləri üzrə elmi konfrans Yerevanda yox, Bakıda keçirilməlidir.

Bu fikri cümə günü azərbaycanlı tarixçi-etnoloq, professor Rauf Hüseynzadə erməni alimlərinin beynəlxalq elm konfransının Ermənistanda təşkil edilməsi niyyətlərinə münasibət bildirərkən vurğulayıb.

Sentyabrın 3-dən 5-ə qədər "Mitk" analitik mərkəzi Ermənist Milli elmlər akademiyasının Şərqşünaslıq institutu ilə birgə "Qafqaz Albaniyasının dövlət quruluşu və onun etnik-mədəni xalqı" adlı beynəlxalq konfrans təşkil edəcək.

Konfransda əsas məqsəd Qafqaz Albaniyasının etnik tərkibi, mədəniyyəti, sərhədləri, real etnik-siyasi və hüquqi varisi haqqında ümumi tarixi konsepsiyanın hazırlanması üçün əsas yartmaqdır.

"Özlərini səhvən Qafqaz Alğaniyasının varisi hesab edən erməni alimlərin Qafqaz Albaniyası barədə danışmağa haqları yoxdur" - deyə azərbaycanlı alim bildirib.

Onun sözlərinə görə, ermənilər sadəcə olaraq növbəti Ermənistanın yeni tarixini yazmağa can atırlar.

Alimin qeyd etdiyinə görə, XIX-XX əsr rus və erməni tədqiqatlarına müvafiq olaraq, ermənilər Qafqaza, daha doğrusu Asiyaya Bolqarıstan, Türkiyə və Yunanıstana bitişik yerləşən Frakiydan, daha dəqiq Avropadan gəliblər.

Hüseynzadə bildirib ki, üç dəfə erməni dövləti ləğv edilib və buna görə də, onlar bütün dünyaya yayılıblar. Ümumiyyətlə 1400 il ərzində ermənilərin dövləti olmayıb.

Tarixçinin sözlərinə görə, hətta V əsrdə yaşamış və ermənilərin öz tarixlərinin "atası" hesab etdikləri Maisey Xorenski öz əsərini Ermənistan tarixi yox, "Erməni tarixi" adı altında yazıb.

Alimin sözlərinə görə, 1000 il Arazdan cənuba Böyük Qafqaz sıra dağlarının şimalına qədər sərhəddə mövcud olan Alban dövəti (bizim er.əv IV - bizim er VIII əsrlərində) Qafqaz xalqları və azərbaycan xalqı tarixində vacib rol oynayıb. "Tarixən belədir ki, məxsusən azərbaycan xalqı tarixi Albaniyanın tarixi-mədəni irsinin əsas varislərindən biridir. Albaniya tarixi Azərbaycan ərazisində yaranan ilk dövlətlərdən biridir" -deyə o söyləyb.

"Biz özümüzdən heçnə fikirləşmirik, erməni materiallarına əsaslanırıq" - deyə alim vurğulayıb. Məşhur erməni alimi Viad Artunova-Fidanyan özünün "Mənbə və zaman. Erməni işləri haqqında hekayə" kitabındakı xəritə üzərində 17 Ermənistan göstərir" - deyə o bildirib.

Hal-hazırda biz Qafqaz haqqında kitab hazırlayırıq. Kitabda ermənilər kimdir, Qafqaza haradan gəliblər və nə üçün onlar mənşəcə qafqazlı deyillər sualları barədə sübür və dəlillər gətiriləcək.

Bu kitabda biz yenə də erməni materiallarına əsaslanacağıq.

Alimin sözlərinə görə, Qafqaz Albaniyasına həsr olunan konfrans xüsusilə Azərbycanda Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası və Qafqaz strateji araşdırmalar İnstitutunun patronajlığı ilə keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti