...

AMİP Nazirlər Kabinetinin qarşısında icazəsiz etiraz aksiyası keçirəcək

Siyasət Materials 5 Sentyabr 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sentyabrın 7-də Nazirlər Kabinetinin qarşısında piket keçirməsinə razılıq verməyib. Bu barədə çərşənbə günü Trend ə AMİP sədrinin mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.

Partiya ölkədə qiymət artımına, Tarif Şurasının siyasətinə etiraz edir, hökumətin qiymətlərə yenidən baxmasını tələb edir. Bununla ələqadar, partiya Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

Orucov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin aksiyaya razılıq verməməsinə baxmayaraq, partiya fəalları piketi keçirməkdə israrlıdır.

Partiya bundan əvvəl də paytaxt rəhbərliyinə piketlə bağlı müraciət etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti Nazirlər Kabineti qarşısında aksiyanın təşkilinə icazə verməmişdi.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti