...

AFFA və UNİSEF birgə memorandum imzalayıblar

Cəmiyyət Materials 14 Sentyabr 2007 17:28 (UTC +04:00)
AFFA və UNİSEF birgə memorandum imzalayıblar

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ AFFA və UNİSEF Azərbaycanda futbolun inkişafını nəzərdə tutan birgə memorandum imzalayıblar.

Trend in verdiyi məlumata görə, sənəddə gənc kadrların təhsilə və futbolun tədrisinə cəlb edilməsinə toxunan məqamlar öz əksini tapıb. Xüsusilə, müəllimliyə başlanması üçün xüsusi kursların təşkili, qaçqın və məcburi köçkünlər üçün tanınmış futbolçuların iştirakı ilə master-klassların keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hana Sinqe qeyd edib ki, futbol gənclərin, nəinki fiziki möhkəmlənməsinə, həm də, mənəvi cəhətdən yardım göstərir. "Mən futbolun gücünə inanıram, axı bu, oyundan daha ciddi bir şeydir" - deyə o əlavə edib.

AFFA-nın baş katibi Elxan Məmmədov, öz növbəsində, bildirib ki, Assosiasiya UNİSEF-lə əməkdaşlığa çox sevinir. "Məsələ təkcə futbolda deyil, həm də idmandan və onun bütövlükdə inkişafından gedir" - deyə o, vurğulayıb.

Xəbər lenti

Xəbər lenti