Azərbaycan, Bakı, 15 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Sentyabrın 16-da fransız fotoqrafı Reza Deqatti azərbaycanlı fotoqraflarla görüşəcək. Bu haqda "TrendLife"a Fotoqraflar İttifaqının rəhbəri Rafiq Qəmbərov xəbər verib. Bu tədbir "Novosti-Azərbaycan" agentliyinin ofisində təşkil olunacaq. Onu da qeyd edək ki, Deqattinin şəkilləri "Ayna 2002" beynəlxalq festivalında nümayiş etdirilib. O, həmçinin azərbaycanlı fotoqraflarla birgə "Keçid dövrün reportyorları" adlı kitab nəşr etdirib. Bir il Azərbaycanda yaşamış Deqatti bu müddət ərzində "National Geographic" jurnalı üçün reportajlar hazırlayıb.