...

Norveç səfirliyi Şəkidə valideyn himayəsindən məhrum olan uşaqlar üçün peşə mərkəzi tikib

Cəmiyyət Materials 29 Sentyabr 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend ,müxbir E.Quliyev/ Şəki rayonunda valideyn himayəsindən məhrum olan uşaqlar bundan sonra Uşaq Evlərini peşə sahibləri kimi tərk edəcək, şənbə günü Şəkidə Peşə Təlim Mərkəzinin açılışında Norveçin Azərbaycandakı səfiri Yun Ramberq bildirib.

Norveç səfirliyinin maliyyə dəstəyi ilə Şəkidə valideyn himayəsindən məhrum olan uşaqlar üçün Peşə Təlim Mərkəzi istifadəyə verilib. Mərkəzin açılmasında məqsəd 18 yaşından sonra uşaqlara peşə təlimi verməklə, onları cəmiyyət üçün yararlı fərdə çevirməkdir. Mərkəzdə 4 peşə-təlimi kursu--kompüter, xalçaçılıq, ingilis dili və dülgərlik üzrə kurslar keçiriləcək.

Tədbirdə iştirak edən Nazirlər Kabinetini nümayəndəsi Aqşin Əliyev bildirib ki, Uşaq Evlərini tərk edən gənclərin maliyyə çətinliyi üzündən bəzi ekstremist qüvvələrin təsirinə düşməməsi üçün, hökumət bu cür layihələri dəstəkləyir.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti