...

Bakının maliyyə idarələrində cinayət işi üzrə məsuliyyətə cəlb olunanlar var

Cəmiyyət Materials 1 Oktyabr 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bakı şəhəri Nəsimi və Yasamal rayonları üzrə maliyyə idarələrində aparılan yoxlamalarla bağlı başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb oluanlar var.

Bu barədə bazar ertəsi məlumat verən baş prokurorun birinci müavini Rüstəm Usubov istintaq sirri olduğundan iş üzrə həbs olunanların adlarını açıqlamayıb. Prokurorluq rəsmisi bu barədə mətbuata əlavə məlumat veriləcəyini deyib.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin büdcə təşkilatları tərəfindən təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti gücləndirmək və təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət maliyyə nəzarəti şöbəsi tərəfindən Nazirliyin Bakı şəhəri Nəsimi və Yasamal rayonları üzrə maliyyə idarələrində cari il sentyabrın 7-dən yoxlamalara başlanılıb.

Yoxlama ilə xəzinə əməliyyatlarının icrası və onların uçotda əks etdirilməsi işlərində ciddi nöqsanlara yol verildiyi aşkar edilib.

Maliyyə Nazirliyi tərəfindən yoxlamanın obyektiv və bütün sahələri əhatə etməklə aparılmasını təmin etmək məqsədilə bu nöqsanalara yol verilməsində təqsirli hesab edilən bir neçə vəzifəli şəxs yoxlama qurtaranadək maliyyə nazirinin müvafiq əmri ilə tutduqları vəzifələrindən  kənarlaşdırılıb.

Yoxlamanın nəticələri Baş Prokurorluğa təqdim olunub və cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti