...

Azərbaycan Dram Teatrında Elçinin daha bir pyesi əsasında tamaşa hazırlanır

Cəmiyyət Materials 1 Oktyabr 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bu mövsüm Azdramada Elçinin pyesi üzərində tamaşanın məşqləri başlanıb. TrendLife-da olan məlumata görə tamaşa "Arılar arasında" adlanacaq. Bu haqda TrendLife-a teatırn direktoru Maqbet Bünyadov xəbər verib. Tamaşanın qurluşçu rejissoru Bəhram Osmanovdur. Əsas rollarda Siyavuş Aslan, Rafiq Əzimov, İradə Həsənova, Səidə Quliyeva, Mətanət Atakişiyeva və başqaları iştirak edəcəklər.. Tamaşanın məşqləri hələ təzə başlayıb. Onu da qeyd edək ki, Azdramanın repertuarında Elçinin əsərlərindən ibarət tamaşalar artıq var.

Xəbər lenti

Xəbər lenti