...

Azərbaycan cüdoçuları Çexiyada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər

Cəmiyyət Materials 3 Oktyabr 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət komandası yaxın zamanlarda Praqada keçiriləcək Avropa birinciliyində iştirak edəcək.

Komandanın tərkibinə Sərxan Əhmədov ( 60 kq), Emil Həsənov ( 66 kq), Rüstəm Alimli ( 73 kq), Ramin Qurbanov ( 81 kq), Həbib Əliyev ( 90 kq), Həsən Əhmədov ( 100 kq), Turanə Səidi ( 48 kq) və Kəmalə Hüseynzadə ( 63 kq) daxildir. Onlar birinci üçlüyə düşmək uğrunda mübarizə aparacaqlar. Bununla yanaşı, bu, cüdoçuların cari ildə sonuncu rəsmi səfəri olacaq. Buna görə, idmançıların beynəlxalq arenada yenidən uğurlu sıxış etmək üçün əla şansları olacaq. Onlar Qitə birinciliyində həmişə medallar qazanıblar.

Xəbər lenti

Xəbər lenti