...

Moskvanın vitse-meri: "Moskva hökuməti yalnız qanuni miqrantların fəaliyyətində maraqlıdır"

Cəmiyyət Materials 4 Oktyabr 2007 15:19 (UTC +04:00)
Moskvanın vitse-meri: "Moskva hökuməti yalnız qanuni miqrantların fəaliyyətində maraqlıdır"

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ "Moskva hökuməti azərbaycanlı miqrantların yalnız qanun çərçivəsində fəaliyyət göstərməsində maraqlıdır" - deyə cümə axşamı Bakıya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Moskvanın vitse-meri Lüdmila Şvetsova bildirib.

"Moskva hökuməti işçi qüvvələrində maraqlıdır, lakin biz həmçinin miqrantların qanun çərçivəsində fəaliyyət göstərmələri mövqeyindən çıxış edirik" - deyə Şvetsova vurğulayıb.

Onun sözlərinə görə, Moskva hökuməti miqrantlarla bağlı problemin həlli üçün bütün tədbirləri həyata keçirir.

Şvetsovanın bildirdiyinə görə, 2007-ci il yanvarın 1-də Rusiyada miqrasiya siyasəti haqqında yeni qanun qüvvəyə mindikdən sonra sentyabrın 15-nə qədər olan müddət ərzində Moskvada 14 684 azərbaycanlı qeydiyyatdan keçib. Statistikaya müvafiq olaraq, onların iki mindən bir az artıq nəfəri qanuni işə düzəlib" - deyə Şvetsova söyləyib.

O, həmçinin qeyd edib ki, hökumət Qafqazdan Rusiyaya gələn insanlara qarşı münasibətdə zorakılığın istənilən formasını pisləyir.

"Hökumət paytaxtın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməklə millətçi əhval-ruhiyyəli insanlar tərəfindən edilən hər hücumun qarşısını almağa çalışır" - deyə Şvetsova əlavə edib.

Xəbər lenti

Xəbər lenti