...

Ukrayna qrupu "ManSound"-Bizim problemimiz yoxdur

Cəmiyyət Materials 5 Oktyabr 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bu gün "Qızıl payız" festivalının ikinci günüdür. TrendLife-ın verdiyi məlumata görə, Akytor Evinin səhnəsində iki qrup çıxış edəcək. Bunlar "ManSound" (Ukrayna) və "Kamerata" Belarus) qruplarıdır. "Mansound" qrupu müxtəlif caz festivallarında iştirak edib, müxtəlif mükafatlara layiq görülüb. Qrupun mətbuat-konfransında söylədiyinə görə: "Biz çox improvizasiya edirik. Nə vaxtsa tək oxuyurduq. Lakin 13 il bundan qabaq birləşib, qrup yaratdıqdan sonra daha güclü olduq. Məhz buna görə də problemimiz yoxdur." Qrup hətta özünü latış qrupu "Kosmos"-la da müqayisə etdi. "Biz çox müxtəlifik. Onlar bir qədər cavan, biz isə ağasaqqalıq. Hətta musiqilərimiz də fərqlidir. Ümumiyyətlə, bizim üçün böyük fəxrdir ki, Azərbaycan tamaşaçıları önündə çıxış edirik. Çünki onlar bizim mahnıları sevir, ən əsası ,başa düşürlər." Yer igəlmişkən , onlar digər qrupların da ifasında olan mahnıları dinləməyi çox sevirlər. Bu sırada "Qaya" qrupunun adını çəkdilər.

Xəbər lenti

Xəbər lenti