...

Alim və Fərqanə Qasımovlar Fransaya gedəcəklər

Cəmiyyət Materials 8 Oktyabr 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Muğam ustası Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə "Leyli və Məcnun" operasını yeni quruluşda ifa edəcəklər. Bu təklif onlara "İpək yolu" ansamblından gəlib. Layihəni gerçəkləşdirmək üçün Alim Qasımov, Fərqanə Qasımova və ansamblın üzvləri noyabrın 11-də Fransaya səfər edəcəklər. Ayın 16-dək davam edəcək səfər çərçivəsində, əsər üzərində məşqlər aparılacaq.  Xanəndənin TrendLife-a verdiyi məlumata görə, fərqli formada hazırlanan əsərdə müasir çalğı alətləri istifadə olunacaq. "Leyli və Məcnun" əsərində Alim Qasımov Məcnun, Fərqanə isə Leyli obrazını yaradacaq. Layihə tam hazırlanıb başa çatdıqdan sonra, onun məhz Fransanın paytaxtı Parisdə təqdim olunması nəzərdə tutulub.  Alim Qasımovun dediyinə görə, fransalı dostları həmin ərəfədə Bakıda təmtəraqsız keçirdiyi 50 illik yubileyini də yüksək səviyyədə qeyd emək fikrindədirlər. Buna baxmayaraq, xanəndənin ad gününə həsr olunacaq tədbirin dövlət səviyyəsində də keçiriləcəyi də planlaşdırılıb. Bunu da xanəndə söylədi.

Xəbər lenti

Xəbər lenti