...

Lənkəranda latin qrafikalı dərslik yoxdur

Cəmiyyət Materials 9 Oktyabr 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Lənkəran peşə liseyində ixtisas fənlərinə aid latin qrafikalı dərslik yoxdur. Bu barədə Trend ə Liseyin direktoru Bəxtiyar Nuriyev məlumat verib.

Onun sözlərinə görə, liseydə 60-70-ci illərin tədris materiallarından istifadə edilir. Liseydə təhsil alan 306 şagird üçün ilk dəfə bu il latın qrafikalı ümumtəhsil fənn kitabları (cəmi 422 ədəd) gətirilib. Liseydə 21 qrup olmaqla, hər birində 15 şagird təhsil alır və siniflərin hərəsinə cəmi 4-5 dərslik düşür.

Direktor bildirib ki, vaxtilə rayonda mövcud olan üç peşə məktəbindən indi yalnız biri fəaliyyət göstərir. Onun sözlərinə görə, bu peşə məktəbi fəaliyyətə başladığı 1969-cu ildən indiyədək müəssisənin binası bir dəfə də olsun təmir edilməyib, liseydə istifadə olunan kənd təsərrüfatı texnikasının və tədris avadanlığının 80-90 faizi köhnəlib. 5 təlim avtomobilindən ikisi, 16 traktordan 8-10-u nisbətən işlək vəziyyətdədir.

"Rayonda peşə təhsili məzunlarına - ixtisasli fəhlə kadrlarına tələbatın çoxaldığını nəzərə alaraq, daha müasir peşə- ixtisas kurslarının yaradılması ilə əlaqədar ,Təhsil Nazirliyinə məktubla müraciət etmişik və cavab gözləyirik"-deyə direktor məlumat verib.

Xəbər lenti

Xəbər lenti