...

ATƏT Azərbaycanda hakimliyə namizədlər üçün treninq keçirilməsinə başlayıb

Cəmiyyət Materials 26 Sentyabr 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ ATƏT-in Bakı ofisi bu gün Azərbaycanda hakimlərin peşəkar vərdişlərinin inkişafına yönəlmiş treninqlərin birinci mərhələsinə başlayıb. Bu barədə ATƏT-in mətbuat açıqlamasında göstərilib.

Üç ay boyunca davam edəcək treninqlərdə mülki hüquq, insan hüquqları və cinayət hüququ üzrə bir sıra kursların keçirilməsi, xüsusilə Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı işlərinin müzakirə olunması nəzərdə tutulur.

"Hakimlərin təcrübələrinin artırılması - Azərbaycanda əsas məsələdir, çox mühümdür ki, məhkəmə heyəti Avropa İnsan Haqları Məkhkəməsinin presedent hüququ ilə tanış olsun və tətbiq etsin" - deyə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Xerrero bildirib.

Treninqlərdə 120 hakimliyə namizəd və Konstitusiya Məhkəməsinin hüquqşünasları iştirak edir. Hər bir treninq mühazirə və praktiki işlərə əsaslanacaq. Layihə beynəlxalq ekspertlər, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Məhkəmə Hüquq Şurasının dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti