...

Gəncədə məktəbli forması genməyən şagirdlər polisə verilib

Cəmiyyət Materials 10 Oktyabr 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V. Məmmədov/ Gəncənin 22 saylı orta məktəbində 8 şagird, məktəbli forması geymədiyinə görə, direktor təhsil ocağına polis çağırıb. Məlumatı sözügedən şagirdlərin valideynləri verib. Məktəb direktoru Səidə Xəlilova isə, əvvəlcə bu təşəbbüsündə özünü haqlı saydığını və polisləri özü çağırdığını dedi. Sonra isə, polis nəfərlərinin təsadüfən məktəbdə peyda olduqları haqda ziddiyyətli fikirlər söylədi.

"Biz polislərlə birgə işləyirik. Onlar bizim dostlarımızdır. Onlarla birgə hər gün uşaqları yoxlayırıq, onların dərsə məktəbli geyimində gəlmələrinə, mobil telefonlardan istifadə etməmələrinə və digər davranış qaydalarına nəzarət edirik"-deyən məktəb direktoru polisin "xidmətlərindən" yararlandığını gizlətmədi.

"Hadisə yerində" olan Nizami rayon polis bölməsinin əməkdaşları da məktəbə direktorun çağırışı ilə gəldiklərini söylədilər. Məsələ ilə bağlı sözügedən Polis bölməsinin rəisi Ağahüseyin Məmmədov isə, işçilərinə belə bir göstəriş verilməsindən xəbərsiz olduğunu bildirdi.

Baş verənləri şəhər Təhsil İdarəsinin rəisi özbaşınalıq və səlahiyyətlərin aşması kimi qiymətləndirir. "Noyabr ayınadək bütün orta təhsil ocaqlarındakı şagirdlərin məktəbli geyimində olmaları qarşıda duran və nazirliyimiz tərəfindən tapşırılmış məsələdir. Lakin bu, heç kimin məktəbə polis çağırmasına əsas vermir. Əvvəla, hər bir uşağın etdiyi nöqsanı onun valideyninə bildirmək lazımdır, polis işçilərinə yox. Təhsil ocağında polisin nə işi var?".

Mahal Əliyev belə bir hərəkətin yolverilməz olduğunu və məktəb direktoru ilə b ciddi şəkildə söhbət aparacağını söylədi.

Gəncə Azərbaycanın qərb bölgəsində, paytaxtdan 380 km aralıda yerləşir və ölkənin iknici böyük şəhəridir.

Xəbər lenti

Xəbər lenti