...

Xalq artisti Flora Kərimova tərəddüd etmir

Cəmiyyət Materials 11 Oktyabr 2007 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/müx. "TrendLife" Şahin Cavadsoy/

Yeni mövsümdə yeni mahnılar ərsəyə gətirəcəyini deyən müğənni mahnıların bəzilərini artıq lentə aldırıb. Flora Kərimova "TredLife"a bildirdi ki, bu yaxınlarda o, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Simfonik Orkestri ilə birgə konsert vermək təklifi alıb. Layihə üzərində gərgin çalışdığını bildirən müğənni konsert proqramını bu ilin son aylarında, ya da 2008-ci ilin əvvəllərində həyata keçirəcək: "İstəyirəm, hər şey yüksək səviyyədə, adımalayiq şəkildə olsun. Demirəm, qeyri-adi nəsə edəcəm. Amma əmin ola bilərsiniz ki, əsl sənət yenə ön planda olacaq və sənətsevərlər zövqlü musiqilərdən həzz alacaqlar". 

Xəbər lenti

Xəbər lenti