...

Portuqaliya yığmasının aparıcı yarımmüdafiəçisi Bakıda keçirilən matçda iştirak etməyə bilər

Cəmiyyət Materials 12 Oktyabr 2007 18:02 (UTC +04:00)

Azəerbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Portuqaliya yığmasının əsas yarımmüdafiəçilərindən biri Simao Sabroza oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq Avropa -2008 çempionatının Azərbaycana qarşı baş tutacaq seçmə matçında iştirak etməyə bilər.

Yığmanın baş məşqçisi Luis Felipe Skolarinin verdiyi məlumata görə, futbolçunun Bakıda keçiriləcək oyunda iştirak edəcəyi hələ məlum deyil. "Biz Simaonun köməyinə arxalancağımızı hələ müəyyənləşdirməmişik. Son qərarı həkimlər verməlidirlər, ən geci tərkib sabah müəyyənləşəcək" - deyə məşqçi bildirib.

Məhz bu səbəbdən braziliyalı mütəxəssis yığmanın tərkibini açıqlamır. Portuqaliya yığmasına həmçinin müdafiəçi Jorje Andrade, Marku Kaneyra, Peti, Elder Poştiqa, Joau Tomaş və Peppe kömək edə bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti