...

"Azəri Star+"da ilk qruplaşmalar yarandı

Cəmiyyət Materials 17 Oktyabr 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

. 15 oktyabr tarixindən Rəşid Behbudov adına Mahnı Teatrından start götürən "Azəri Star+" un ilk efir həyəcanından hazırladığımız reportajdan sonra, gözdən qaçırmadığımız bəzi məqamları sizlərlə bölüşürük. Açıq-aydın görünürdü ki, gender balansı iştirakçılar arasında artıqlamasıyla pozulmuşdu. Yəni kişi iştirakçılarıyla, xanım ifaçılar arasında qruplaşmaların elə ilk gündən formalaşdığı bəlli idi. Amma hələlik qruplaşmalara qol qoymayan iştirakçıların adlarını SMS nömrələriylə birgə sizlərə təqdim edirik: Ülviyyə Tağıyeva, Yeganə Dünyamalıyeva, Zarina Məmmədova, Aygün Sükürova,Vaqif Şıxəliyev, Ramil Bağırov , Nicat Cəfərov. Qalan 10 iştirakçının, deməzdik ki, hamısı bir yerdə qruplaşmağa can atır. Məsələn İlahə Cəfərova ilə Şəbnəm Rəsulovanın nəinki oğlanlara qarşı, hətta qız iştirakçılara qarşı da cütlük yaratdığının şahidi olduq. Bu faktı ona görə qeyd etdik ki, bu iki xanım "gözləmə otağı"nda bir gəzib, bir dolanmaqla kifayətlənməyib, xanım iştirakçılarla şəkil çəkdirməyə də razılıq vermədilər. Gördüklərimizi fərziyyə kimi qiymətləndirən İlahənin bahənəsi belə oldu: "Vallah, ayaqqabı ayağımı sıxırdı. Mən qruplaşama- filan yaratmamışam. Şəbnəmi, sadəcə olaraq, çox istəyirəm. Ona görə də yanımdadır". Şəbnəm isə, rəfiqəsindən fərqli düşünür: "Nə olsun, qruplaşma hər yerdə ola bilər. Konkret qızlarla şəkil çəkdirməməyimin səbəbi isə, orada bir qızla münasibətimin olmamasıdır, adını açıqlamayacam".Digər qruplaşma qəhrəmanlarının Vüsalə Həsənova ilə Vüqar Namazov olması da diqqətimizdən yayınmadı. Onlar "Azəri Star+"un qalibinə çatacaq avtomobilə və təkərlərinə görə bir yerdə olduqlarını etiraf etdilər. Vüqar: " Əsas maşının təkərləridir. Tanış da var maşın bazarında. Söz verirəm ki, istəyimə çatsam, pulu Vüsalə ilə böləcəm". Vüsalə : "Vüqar özü bilər, amma mən təkərdən çox maşının özünü istəyirəm. İnanın, çox ehtiyacım var".Kişilər arasında ən çox sözü keçən iştirakçı kimi Cavid Qafarov diqqətimizdən yayınmadı. Baxmayaraq ki, o , qrup rəhbəri olmayacağını tam əminliklə söyləyib, TrendLife vasitəsilə iştirakçılara belə səsləndi : "Axı, hansı qruplaşmadan söhbət gedə bilər? Biz hamımız dostuq.Gəlin indidən aramızda nifaq salmayaq,uşaqlar".Bu ,bizim gördüklərimiz idi. Lakin bir daha diqqətinizə çatdırırıq ki, 17 nəfər iştiakçının qalib və məğlub olması bütünlüklə siz tamaşaçıların göndərdiyi SMS lərdən asılı olacaq. Odur ki, cəmi bir gün vaxtınız qalıb. Oktyabrın 17-də axşam saatlarına qədər 17 finalçını konturlarınızla yaxşıca dəstəkləyin ki, ən layiqli finalçı birinci gün müsabiqədən ayrılmasın.

Xəbər lenti

Xəbər lenti