...

Gürcüstan mühafizəkarları yerli gürcülərin hüquqlarının müdafiəsi məqsədilə Azərbaycana gəlmək niyyətindədirlər

Cəmiyyət Materials 17 Oktyabr 2007 16:43 (UTC +04:00)

Gürcüstan parlamentinin "Demokratiya cəhbəsi" fraksiyasının nümayəndələri bu gün Tbilisidə Azərbaycan səfirliyinin təmsilçiləri ilə görüş keçiriblər. Gürcüstan nümayəndə heyətinə Gürcüstanın mühafizəkarlar partyasının lideri, deputat Zviad Dzidziquri başçılıq edib. "Kavkaz-Press"-in məlumatında belə deyilir.

Məhz Dzidziquri bazar ertəsi belə bir məlumat yayıb ki, Azərbaycanın Qax rayonunun Kurmuxi kəndində gürcü kilsəsi bağlanıb və baş keşişə kilsədə ibadət etmək qadağan olunub. Dzidziquri bəyan edib ki, səfirlikdə keçirilən görüş zamanı kilsə ətrafında baş verən hadisələr müzakirə olunub, görüş zamanı bildirilib ki, kilsə tarixi abidədir və kilsədə Gürcüstan vətəndaşı ibadət edib ki, bu da Azərbaycan qanunları ilə qadağandır.

"Biz müvafiq məsələ ilə məşğul olan və etnik azlıqların hüquqlarını müdafiə edən beynəlxalq təşkilatları bu məsələnin həllinə cəlb etmək niyyətindəyik" - deyə Dzidziquri bildirib və qeyd edib ki, ilk növbədə, Azərbaycanda yaşayan gürcülərlə sıx münasibətlər qurmaq niyyətindədir.

"Mən yaxın zamanlarda bizim engiloyların yaşadığı regiona səfər etmək niyyətindəyəm, bizim dövlət bu azlığı taleyin ümidinə buraxıb və onların hüquqları pozulmaqdadır" - deyə o qeyd edib və bildirib ki, Azərbaycan və Gürcüstan arasında münasibətləri korlamağa çalışan qüvvələr bundan istifadə etməyə çalışırlar.

Xəbər lenti

Xəbər lenti