...

Aktyor Elçin Həmidov: "İlhamə Quliyevanı parodiya edəndə, birinci özü mənə təşəkkür edir"

Cəmiyyət Materials 17 Oktyabr 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

"Bakılı oğlanlar"ın ən tanınmış simalarından olan Musiqili Komediya, eləcə də "Planeta Parni iz Baku" teatrlarının aktyoru Elçin Həmidovun "6 günlük dünya" tamaşasında xalq artisti, Primadonna İlhamə Quliyevanı parodiya etməməsi tamaşaçılar arasında birmənalı qarşılanmadı. Gəzən sözlərə görə, İlhamə xanımın kəskin iradından sonra, Elçin, ümumiyyətlə,Primadonnanı təqlid etmək niyyətindən vaz keçib. TrendLife- a danışan E.Həmidov, bütün olanları gülərək təkzib etdi: "Nə danışırsız, mən İlhamə xanımla çox yaxın dostam. O, gözəl sənətkar olmaqla bahəm, həm də sədaqətli dostdur. İnanın, hər dəfə çıxışlarımda onu parodiya edəndə, birinci təşəkkürünü məhz özü mənə bildirib. Məlum məsələdir ki, şayiəbazlar dostluğumuza tərəfdar olmadıqlarına görə, bu cür sözlərin yayılmasına maraq göstərirlər. Amma bəyan edirəm ki, bizi gözü götürməyənlərin arzuları gözlərində qalacaq.Yəni, İlhamə xanımla aramızı kimsə vura bilməz".

TrendLife-ın " nəyə görə "6 günlük dünya" tamaşasında xanım Quliyevanı parodiya etmədiniz?" sualını Elçin bəy belə cavablandırdı: "Bu, ssenaridə nəzərdə tutulmamışdı. Ona görə də qalmaqal yaratmağa heç bir lüzum yoxdur. İnşaallah, yaxın günlərdə, məni yenə İlhamə Quliyeva ampluasında görərsiniz. Qoy tamaşaçılar da nigaran qalmasın".

Xəbər lenti

Xəbər lenti