Azərbaycan, Bakı / Trend , müxbir B.Məmmədov/ Amerikanın Ridinq şəhərində fiqurlu kankisürmə üzrə ənənəvi Qran-prinin (Mükafat fondu 180 min. dollardır) altı mərhələsindən birincisi başa çatıb.
Trend in verdiyi məlumata görə, beynəlxalq arenada Azərbaycanı təmsil edən Kristin Freyzer - İqor Lukanin rəqs cütlüyü üç proqram üzrə 167,8 xal toplayaraq "Skate America" beşinci yeri tutub.
Birinci mərhələnin yekunu üzrə azərbaycanlı cütlüyün hesabında 7 xal və 2 min. dollar var.
Seriyanın finalı (Mükafat fondu - 272 min. dollardır) 13-16 dekabr aralığnda İtaliyanın Turin şəhərində keçiriləcək..