...

Azərbaycan Avropanın Təhsilin Qiymətləndirilməsi Assosiasiyasının illik konfransında iştirak edəcək

Cəmiyyət Materials 1 Noyabr 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova / Azərbaycan Avropanın Təhsilin Qiymətləndirilməsi Assosiasiyasının noyabrın 8-10-da Stokholmda keçiriləcək illik konfransında iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumatda bildirilir.

Konfransın mövzusu "Təhsilin keyfiyyətinin qiymətləndirilməsi"dir. Konfransda TQDK rəhbəri Məleykə Abbaszadənin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Konfransda pedaqoji qiymətləndirmə sahəsində beynəlxalq ekspertlər, təhsilin qiymətləndirilməsi problemləri ilə məşğul olan və imtahanların milli sisteminin yaradılmasında zəngin təcrübəyə malik mütəxəssislər iştirak edəcəklər.

Avropanın Təhsilin Qiymətləndirilməsi Assosiasiyası (AEA-Europe) 2000-ci ildə yaradılıb. Assosiasiyanın nizamnaməsində göstərilən məqsədlərindən biri "pedaqoji qiymətləndirmə sahəsində inkişaf proseslərinin müzakirəsi üçün platformanın təqdim edilməsi, Avropada təhsilin qiymətləndirilməsi prosesində iştirak edən təşkilatlar və ayrı-ayrı şəxslər arasında əməkdaşlığı və əlaqələri gücləndirmək"dir. Hazırda "AEA-Europe"nın üzvlüyünə Avropanın aparıcı müəssisələri və təhsilin qiymətləndirilməsi sahəsində mütəxəssislərini birləşdirən 30 təşkilat daxildir.

Azərbaycanın konfransın işində iştirakı TQDK-nın dünyəvi pedaqoji qiymətləndirmə standartlarına sadiq qalmasıdır. TQDK-nın konfransda iştirakı Azərbaycanın təhsilin qiymətləndirmə sisteminin Avropanın təhsil məkanına inteqrasiyası sahəsində böyük təcrübə əldə etməsinə və Boloniya prosesinə qatılmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti