...

Gəncədə çörəkbişirmə sexlərinin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 12 Noyabr 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərinin çörəkbişirmə sexlərində aparılan reydlər zamanı gigiyenik qaydaları pozduğuna görə iki sexin fəaliyyəti dayandırılıb. Gəncə Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Kərim Rəhimov bazar ertəsi bildirib ki, yoxlamalar nəticəsində, həmçinin 4 çörək sexinin rəhbəri cərimələnib.

Bir neçə sexin rəhbərinə iş şəraitinin qaydaya salınması ilə bağlı xəbərdarlıq olunub.

Paytaxt Bakıdan 365 kilometr məsafədə yerləşən Gəncədə 30-a yaxın çörəkbişirmə sexi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti