...

Zülfiyyə Xanbabayevanın albomu qızının şərəfinə "Dəniz" adlandırılacaq

Cəmiyyət Materials 12 Noyabr 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /müx. TrendLife Günel Əhmədova/ Əməkdar artist Zülfiyyə Xanbabayevanın analıq məzuniyyəti uzun çəkməyəcək. Müğənni gələn ayın ortalarından başlayaraq yeni albomunun hazırlıqlarını aparacaq. Bu barədə TrendLife-a məlumat verən əməkdar artist Zülfiyyə Xanbabayeva əlavə etdi ki, albomunu qızının adı ilə bağlamaq, daha dəqiq desək, ona "Dəniz" adı vermək niyyətindədir: "Dənizi dünyaya gətirməzdən öncə bu qənaətə gəlmişdim. Onu sağ-salamat dünyaya gətirdikdən sonra ideyamı açıqladım. Yaxın həftələrdə albomun hazırlıq işlərini davam etdirəcəm. Qeyd edim ki, topluya daxil olunacaq mahnıların bir qismi artıq yazılıb. Əsas tərtibat işləridir ki, bunun da xaricdə aparılması nəzərdə tutulub".

Xəbər lenti

Xəbər lenti