...

Rusiyanın daha bir telekanalının Azərbaycanda yayımı yanvarın 1-dən dayandırılacaq

Cəmiyyət Materials 12 Noyabr 2007 17:00 (UTC +04:00)
Rusiyanın daha bir telekanalının Azərbaycanda yayımı yanvarın 1-dən dayandırılacaq

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Rusiya tərəfi telekanalların qarşılıqlı yayımına dair razılığa gəlməsə, "RTR-Planeta"nın Azərbaycanın milli tezliyində yayımı gələn il yanvarın 1-dən dayandırılacaq, bazar ertəsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Trend ə bildirib. Onun sözlərinə görə, MTRŞ-nin son qərarı belədir ki, ilin sonuna az qaldığından, Rusiya tərəfinə ilin sonuna kimi vaxt verilsin.

Bu il yanvarın əvvəlində MTRŞ-nın çıxardığı qərara əsasən, iyulun 10-dan etibarən, Rusiyanın ORT və RTR kanallarının Azərbaycanın yerli tezliklərdə yayımı dayandırılmalı idi. ORT-nin yayımı dayandırılsa da, Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı yaradılan İşçi qrupların görüşü davam etdiyindən, "RTR Planeta"nın yayımının davam etdirilməsi məqsədəuyğun hesab edilib. Telekanalların qarşılıqlı yayımına dair "Azərbaycan və Rusiya hökumətləri arasında verilişlərin yayımına dair qaydalar və şərtlər haqqında" saziş layihəsi qəbul edilsə də, Rusiya tərəfi texniki müqavilənin hazırlanmasını yubadır.

Məhərrəmli deyib ki, Azərbaycan telekanalların qarşılıqlı yayımının təminində maraqlıdır. Lakin Rusiya tərəfi texniki müqavilənin hazırlanmasını yubadır.

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov mətbuata açıqlamasında bildirib ki, Rusiya AzTV-nin, ölkə əraəisində yayımının tərəfdarıdır. Sadəcə, texniki məsələlər müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti