...

Vəkillər "Azadlıq" qəzetinin baş redaktorunun zaminə buraxılması üçün məhkəməyə müraciət edəcək

Cəmiyyət Materials 14 Noyabr 2007 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" qəzetinin baş redaktorunun zaminə buraxılması üçün vəsait yığılmasına başlanılacaq, bu barədə "Azadlıq" qəzetinin həbs olunmuş baş redaktoru Qənimət Zahidin hüquqlarını müdafiə məqsədlə çərşənbə günü keçirilən toplantıda qərar çıxarılıb.

Bakının Yasamal rayon Məhkəməsinin qərarı ilə, noyabrın 11-də "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid iki ay müddətinə həbs olunub. Zahid dələduzluq və insan sağlamlığına qəsdən zərər yetirmə maddələri üzrə ittiham olunur. Hazırda Azərbaycanda 8 jurnalist həbsdədir. Onlar, əsasən, təhqir və böhtana görə ittiham olunurlar.

"Azadlıq" qəzetinin baş redaktorunun həbsini şərh edən Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim jurnalistlərə açıqlamasında bildirib ki, jurnalistlər öz hərəkətlərinə görə qanun çərçivəsində cavab verməlidirlər. Beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Zahidin və digər 7 jurnalistin həbsindən narahatlıqlarını bildiriblər.

Zahidin vəkili Adil İsmayılov bildirib ki, Azərbaycan qanunvericiliyində, məhkəməyə girov qoymaq hesabına, məhbusun azadlığa çıxması mümkündür. Baş redaktorun zaminə buraxılması üçün vəkillər sabah Yasamal rayon Məhkəməsinə müraciət edəcəklər.

Xəbər lenti

Xəbər lenti