...

Baş məşqçi Azərbaycan yığmasının Finlandiya ilə oyuna hazırlıq səviyyəsindən razıdır

Cəmiyyət Materials 15 Noyabr 2007 18:37 (UTC +04:00)
Baş məşqçi Azərbaycan yığmasının Finlandiya ilə oyuna hazırlıq səviyyəsindən razıdır

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Mən Azərbaycan yığmasının Finlandiya ilə matça hazırlıq səviyyəsindən razıyam və mənə elə gəlir ki, yığma yaxşı oynaya bilər" - deyə Azərbaycan yığmasının baş məşqçisi Coko Hacıyevski Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən mətbuat konfransında bildirib.

Hacıyevski etiraf edib ki, yığmaya rəhbərlik etdiyi son həftələr ərzində, onda elə bir təəssürat yaranıb ki, yığma ilə uzun illərdir çalışır. Uşaqlar həvəslidirlər və biz qalan vaxt ərzində Finlandiya ilə oyunu hərtərəfli şəkildə hazırlaya bilmişik" - deyə məşqçi qeyd edib. Onun sözlərinə görə, təbiətcə o, nikbindir və inanır ki, Avropanın Çempionatının qarşıdakı oyunlarında onun yetirmələri daha yaxşı çıxış edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti